RU

Ukrayna və Rusiya arasında danışıqlar BU TARİXDƏ keçirilə bilər: Məkan isə…

Rusiya və Ukrayna nümayəndə heyətləri arasında növbəti danışıqlar İstanbulda keçirilə bilər.

KONKRET.az xəbər verir ki, İstanbulda Rusiya və Ukrayna nümayəndələri arasında yeni danışıqlar raundu 23–24 iyul tarixlərində baş tuta bilər. Bu barədə “İndependent Türkçe” nəşri diplomatik mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunur ki, bu il Moskva və Kiyev son üç ildə ilk dəfə olaraq iki dəfə birbaşa görüş keçiriblər. İlk görüş 16 may, ikinci isə 2 iyun tarixində İstanbulda baş tutub.

Prezident Volodimir Zelenski daha əvvəl bildirib ki, tərəflər əsir və yaralıların qarşılıqlı mübadiləsi barədə razılığa gəliblər və bu razılaşmalar hazırda da icra olunur.

Müşviq Tofiqoğlu

KONKRET.az

Избранный
30
39
konkret.az

10Источники