RU

Bakı Moskvanı məhkəməyə versə... — PESKOV

Azərbaycan Aktau yaxınlığında baş verən təyyarə qəzası ilə əlaqədar Rusiyanı beynəlxalq məhkəməyə verməyə hazırlaşır. Bu barədə Prezident İlham Əliyev Xankəndidə keçirilən forumda danışıb.

"Biz artıq Rusiya tərəfini məlumatlandırmışıq ki, beynəlxalq ədliyyə sisteminə müraciət edəcəyik. Biz müəyyən bir qovluq hazırlayırıq. Bilirik ki, buna vaxt lazımdır. On il lazım oldu ki, Malayziya hava yollarına məxsus “Boeing”lə bağlı təhqiqat başa çatsın. Ancaq biz bu ədalətə nail olacağıq. Biz bunu əldə edəcəyik. Təəssüf ki, bugünkü vəziyyət ikitərəfli münasibətlərimiz baxımından heç də məqbul deyil", - dövlət başçısı qeyd edib.

Modern.az-ın məlumatına görə, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məsələyə münasibət bildirib.

O deyib ki, Azərbaycan Rusiyaya qarşı beynəlxalq məhkəmələrdə iddia qaldırsa, Moskva rəsmi hökmləri gözləyəcək.

"İstintaq hərəkətləri davam edir, istintaq gedir. Əgər Azərbaycan belə bir qərar verərsə, bu, Azərbaycanın haqqıdır, rəsmi hökmləri gözləyəcəyik", - Peskov bildirib.

Избранный
13
6
demokrat.az

10Источники