RU

Əliyevin təyyarə qəzası ilə bağlı sözlərinə Kremldən REAKSİYA 

  “Azərbaycanın AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı beynəlxalq məhkəməyə müraciət edilməsi ilə bağlı qərar verməsi onun hüququdur”.

Referans xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərin suallarını cavablandırarkən deyib.

O, Moskvanın hazırda istintaq prosesinin nəticələrini gözlədiyini söyləyib.

“Hazırda istintaq davam edir, məhkəmə prosesi keçirilir. Biz sadəcə nəticə ilə bağlı hökmü gözləyəcəyik”.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev III Şuşa Qlobal Media Forumunda AZAL-ın təyyarəsinin vurulması ilə bağlı beynəlxalq məhkəmə instansiyalarına təqdim etmək üçün dosye hazırlandığını açıqlayıb.//Globalinfo.az

Избранный
40
50
referans.az

10Источники