RU

İlqar Məmmədov: "Kimsə modem və yeni xətt satışından pul qazanırsa..."

Toyu zəlzələ günü olmuş bir adam kimi yaxşı xatırlayıram: Həmin axşam hamı təlaş içində qohum və dostlarına zəng eləməyə çalışırdı deyə mobil rabitə çökmüşdü. İşləyən tək rabitə xətti adi, simli ev telefonları idi. 2000-ci ildə onlar şəhəri, demək olar, təlaşdan xilas etdi. Bunu niyə indi xatırlayıram? Çünki dünən bizə ATS-dən (Avtomatik Telefon Stansiyası-red) zəng gəldi ki, sizin də evdəki telefon xəttini dəyişirik, bundan sonra telefonunuz yalnız modemlə işləyəcək. Bu yeni sistem artıq 1 ildir tədricən ölkənin hər yerində yayılır. Yaxşı, kimsə modem və yeni xətt satışından pul "qazanırsa", onu başa düşdük. Bu ənənəvi şeylərdir və ayrı mövzudur. Amma sabah hər hansı səbəbdən - elektrik şəbəkəsində proqram qüsuru, texniki xəta, zəlzələ və ya digər fövqəladə hadisədən - ölkədə, şəhərdə, kənddə işıqlar sönsə, deməli, ev telefonları da işləməyəcək? Bu hadisə zəlzələ, daşqın və s. şəraitində baş versə, təlaş hətta həyat itkiləri ilə nəticələnə bilər axı.

Demokrat.az Pravda.az-a istinadən xəbər verir ki, bunu REAL Partiyanın sabiq sədri İlqar Məmmədov bildirib.

Избранный
41
50
demokrat.az

10Источники