RU

Yaponiyanın vurulmuş esminesi 83 ildən sonra tapılıb

BAKI,TurkicWorld

İkinci Dünya Müharibəsinin həlledici döyüşlərindən birində torpedo ilə vurularaq batmış Yaponiya donanmasına məxsus bir esminesinin qalıqları 83 illik aradan sonra Sakit okeanın dibində aşkarlanıb.

TurkicWorld xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata görə, Yapon İmperator Donanmasının "Teruzuki" adlı esminesi 1942-ci ildə Solomon adalarında yerləşən əsgərlərə təchizat apararkən batmışdı. Uzunluğu 134 metr olan "Teruzuki" hava axtarış radarı ilə təchiz edilmiş ikinci Akizuki sinifli esminedir.

Bu tip gəmilər əsasən döyüş gəmilərini müşayiət etmək və hava hücumlarından müdafiə məqsədilə istifadə olunurdu.

"Teruzuki" 1942-ci ilin dekabrında ABŞ-nin atdığı torpidolarla batırılıb. O "Gato" və ya "Aclıq adası" adlandırılan Qvadalkanal adasındakı əsgərlər üçün ərzaq daşıyırdı.

Избранный
37
21
turkic.world

10Источники