İspaniya yığmasının sabiq üzvü Saul Niqes "Trabzonspor"a transfer olmaqdan imtina edib.

Offsideplus.az xəbər verir ki, 30 yaşlı futbolçu bu gün Trabzonda olmalı idi. Lakin o, ailəvi problemləri önə sürərək kluba gəlməyəcəyini bildirib. Buna görə transfer prosesi dayandırılıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Saulun bu yay "Atletiko"dan ayrılacağı gözlənilir. Madrid klubu onu heyətdə düşünmür. 

Qeyd edək ki, 30 yaşlı yarımmüdafiəçi başa çatan mövsümü icarə əsasında "Sevilya"da keçirib.