Bu sözləri Demokrat.az-a açıqlamasında "APA-Holding" MMC-nin prezidenti, əməkdar jurnalist Vüsalə Mahirqızı deyib.
O bildirib ki, söhbət jurnalistikanın sıradan çıxmasından getmir:
"Əksinə, süni intellektə sual verdikdə, o özü belə qeyd edir ki, jurnalistika gələcəyin peşəsidir. Çünki insan faktoru və subyektiv yanaşma tələb olunan müddətcə jurnalist də olacaq. Jurnalistin işi davam edəcək, lakin bu işin mahiyyəti və forması dəyişə bilər.
Süni intellekt hazırda jurnalist üçün bir mənbə və köməkçi vasitədir. Məsələn, jurnalistlər bu texnologiyadan yazılarını "Google" və digər axtarış standartlarına uyğunlaşdırmaq, məlumat toplamaq və hətta təhlil üçün istifadə edirlər. Amma burada əsas məsələ odur ki, süni intellektin təqdim etdiyi məlumatlar insan tərəfindən yenidən yoxlanmalı və dəqiqləşdirilməlidir. Çünki faktların dəqiqləşdirilməsi jurnalistin əsas vəzifələrindən biridir.
Bundan əlavə, süni intellekt media üçün yeni ixtisaslar yaradacaq. Məsələn, sosial media menecmenti, məzmun redaktəsi, süni intellektlə inteqrasiya olunmuş jurnalistika formaları və s. Bu sahələr üzrə ixtisaslaşmış kadr hazırlığı vacib olacaq".
Onun sözlərinə görə, süni intellekt jurnalistikaya zərər vurmaq əvəzinə, onu dəstəkləyən və yeni imkanlar yaradan bir texnologiyaya çevrilə bilər:
"Lakin gələcəkdə elə səviyyəyə gəlib çata bilər ki, bəzi mövcud ixtisasları, məsələn, redaktor və ya tərcüməçi kimi köməkçi vəzifələri sıradan çıxara bilər. Məsələn, əvvəllər qəzet redaksiyalarında kompüter yığıcıları işləyirdi, indi isə jurnalistlərin özü bu işi görür.
Nəticə etibarilə, jurnalistikanın mahiyyəti qalacaq, sadəcə bəzi texniki ixtisaslar süni intellekt tərəfindən əvəzlənə bilər. Amma jurnalist, yəni, əsas məhsulun müəllifi yenə də insan olacaq".
Əfsanə Kamal
Demokrat.az
10Источники
-
yenilik.azAzərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin açıqlaması ( 19638755)
-
yenisabah.azYenə “deep fake”, yenə Azərbaycan rəsmiləri ( 19638098)
-
yenisabah.azYenə “deep fake”, yenə Azərbaycan rəsmiləri ( 19638080)
-
media.gov.azAzərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin açıqlaması ( 19636433)
-
infoaz.wsVilayət Eyvazovun adından elə bir şərh yayıldı ki… – Foto ( 19605413)
-
xezernews.azVilayət Eyvazovun adından saxta açıqlama yayılıb ( 19582796)
-
yenisabah.azAzərbaycan daxili işlər naziri adından saxta açıqlama yayılıb ( 19582745)
-
ucnoqta.azMEDİA açıqlama yaydı: Kampaniya xarakteri alan bu uydurma iddialar ... ( 19582289)
-
poliqon.infoAzərbaycanın daxili işlər naziri adından saxta şərh yayılıb açıqlama ( 19582226)
-
azerbaijan-news.azŞuşa Qlobal Media Forumunun son günü iştirakçılar üçün yaddaqalan və zəngin proqramla yekunlaşıb VİDEO ( 19540658)