RU

"Bloomberg"in sahibi ABŞ-ın səhiyyə nazirinin istefasını tələb edir

Nyu-Yorkun sabiq meri və "Bloomberg" agentliyinin sahibi Maykl Blumberq ABŞ-ın səhiyyə naziri postunu tutan kiçik Robert Kennedinin istefasını tələb edib. 

HİT.az xəbər verir ki, bu barədə o, agentliyin portalında dərc olunan məqaləsində yazıb.

Blumberq Kennedinin təyin olunmasını respublikaçıların ən böyük səhvi adlandırıb və səhiyyə nazirliyinin siyasətini sərt tənqid edib.

"Senat respublikaçıları bu xaosu yaradıblar və onu aradan qaldırmaq məsuliyyəti daşıyırlar. Onlar Kennediyə nəzarət etmək üçün konstitusiyaya əsaslanan səlahiyyətə malikdirlər və mənəvi borcları da var ki, Kennedi kiçiyin fəaliyyətini məhdudlaşdırsınlar və ya onu vəzifədən kənarlaşdırsınlar", deyə iş adamı bildirib.

Onun sözlərinə görə, məhz Kennedinin fəaliyyəti nəticəsində ABŞ-da son on ildə ilk dəfə olaraq qızılca epidemiyası zamanı ölüm hallarına rast gəlinib. Bundan əlavə, Blumberq siyasətçini ixtisaslı mütəxəssisləri işdən çıxarmaqda da günahlandırıb.

İyunda məlum olmuşdu ki, kiçik Kennedi Səhiyyə Nazirliyi nəzdində vaksinasiya məsələləri ilə məşğul olan İmmunizasiya Təcrübələri üzrə Məsləhət Komitəsinin (ACIP) bütün üzvlərini işdən azad edib.

Nazirlik qeyd edib ki, ACIP-in yeni üzvləri elmi fəaliyyətin ABŞ prezidenti Donald Trampın may ayında imzaladığı “Elmdə qızıl standartın bərpası haqqında” sərəncam çərçivəsində “ən etibarlı, dəqiq və qərəzsiz” məlumatlara əsaslanmasına nəzarət edəcəklər.

Samir

Избранный
41
50
hit.az

10Источники