RU

“Real” Juniorla yeni müqavilə danışıqlarını ertələdi

"Real" Vinisius Juniorla yeni müqavilə danışıqlarını gələn ilə saxlayıb.

İspaniyanın AS nəşrinin məlumatına görə, Vinisius agenti vasitəsilə klub rəhbərliyinə illik vergidən sonrakı maaşının 20 milyon avroya çatdırılmasını istədiyini bildirib. Braziliyalı futbolçu hazırda 2022-ci ildə imzaladığı müqaviləyə əsasən mövsümdə orta hesabla 15 milyon avro qazanır.

Məlumata görə, "Real Madrid"in Vinisiusa Kilian Mbappeni geridə qoyacaq məbləğ təklif etməyə tərəddüd etdiyi qeyd olunur. Hazırda Mbappenin rəsmi illik maaşı 15 milyon avro təşkil etsə də, onun müqaviləsində 40 milyon avroya yaxın bonus maddələri mövcuddur ki, bu da gizli maaş kimi qiymətləndirilir.

Vinisiusun ətrafı isə danışıqların mümkün uzadılmasını istisna etmir. Gözləntilərə görə, yeni müqavilə ilə bağlı müzakirələr 2026-cı ildə yenidən gündəmə gələ bilər. Qeyd edək ki, Vinisiusun "Real Madrid"lə mövcud müqaviləsi 2027-ci ildə başa çatır.

Kənan
Milli.Az

Избранный
41
20
milli.az

10Источники