RU

Cəlilabadda balıqların kütləvi ölümü - Səbəbi bilindi

Kənd Təsərrüfatı Nazirliyi Cəlilabad rayonunun Pərdi kəndində yerləşən göldə balıqların kütləvi ölümü faktına aydınlıq gətirib.

Publika.az xəbər verir ki, məsələ ilə bağlı "Report"un sorğusuna nazirlikdən cavab verilib.

Bildirilib ki, Cəlilabad rayonunun Pərdi kəndində yerləşən və kənd əhalisinin ümumi təsərrüfat məqsədləri üçün istifadə olunan, yağış suları ilə qidalanan, təxminən 40-50 sm dərinliyə malik göldə balıqların kütləvi tələf olması faktı qeydə alınıb.

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları tərəfindən aparılan ilkin araşdırmalar zamanı ölmüş balıqlar arasında əsasən Daban balığı (Carassius carassius) və Çapaq (Rutilus rutilus) növlərinin olduğu müəyyən edilib. Hadisənin səbəblərini dəqiqləşdirmək məqsədilə göldən su nümunələri götürülüb, eləcə də ölmüş balıqlara pataloji yarma əməliyyatları aparılıb.

Избранный
2
38
publika.az

10Источники