RU

Roma”dan 25 milyon avroluq təklif

Fanat saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

İtaliyanın “Roma” klubu yay transfer pəncərəsində heyətini gücləndirməyə davam edir.

Fanat.Az xəbər verir ki, "Roma", Braziliyanın “Flamenqo” klubunda çıxış edən gənc sağ cinah müdafiəçisi Vesley Viniciusun transferi üçün 25 milyon avro + bonuslar daxil olmaqla rəsmi təklif göndərib.

Bu barədə məlumatı məşhur insayder Fabrizio Romano şəxsi sosial media hesabında yayıb.

21 yaşlı Vesley özü yalnız “Roma”da oynamaq istədiyini bildirərək, “Zenit”in təklifini rədd edib.

Qeyd edək ki, "Flamenqo" isə yalnız Vesley-nin yerini dolduracaq yeni müdafiəçi tapdıqdan sonra transferi yekunlaşdırmağa hazırdır.

Kamil Xudiyev

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
9
4
fanat.az

10Источники