RU

Pivə, yoxsa kvas? - Marşrut avtobusunda baş verəni polis araşdırır

Avtobus sürücüsünün sükan arxasında spirtli içki içdiyi iddia olunur.

Yenisabah.az xəbər verir ki, görüntüləri vətəndaşlardan biri çəkib və "Xəzər Xəbər"in vatsap qaynar xəttinə göndərilib.

Tacəddin Cəfərov iddia edir ki, içilən maye pivə olub. Hadisə iyulun 20-də 183 nömrəli marşrut avtobusunda baş verib. O, iradlarını sürücüyə və ona pivə süzən şəxsə bildirib. pizza mizza

Video çəkilən vaxt sükan arxasında sürücü İlham Həbibov olub. Bu gün o, yenidən eyni marşrutda iş başında idi.

Həmin şəxs iddiaları təkzib edib: "Bəli, onu mən içmişəm. Kvas idi, spirtli işki deyildi. Bir sərnişin verdi mənə, mən də içdim. Bu adam da baxdı, qışqırdı ki, guya pivədir". 

İlham Həbibovun sözlərinə görə, hadisədən sonra vətəndaş DİN-in 102 xidmətinə zəng vurub. 30-cu polis bölməsində onun ifadəsi alınıb. 

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Toğrul Nəsirli bildirib ki, görüntülər araşdırılır. 


Telegram kanalımız
Избранный
11
50
yenisabah.az

10Источники