RU

“Milan” ekvadorlu futbolçu ilə razılığa gəldi

Ekvador millisinin müdafiəçisi Pervis Estupinyan karyerasını İtaliyada davam etdirməyə yaxındır.

90deqiqe.Az-ın məlumatına görə, 27 yaşlı futbolçu “Milan” klubu ilə razılıq əldə edib.

Məlumata görə, Estupinyan “Milan” ilə 4 illik müqavilə imzalayacaq və illik 2 milyon avro məvacib alacaq.

“Milan”ın əfsanəvi müdafiəçisi Kafu Estupinyanın yeni komandası üçün uyğun seçim olduğunu bildirib: “O, sürətlidir, cəsarətlə irəli gedir və təşəbbüs göstərməkdən çəkinmir. A Seriya çətin çempionatdır, amma bu fiziki göstəricilərlə uğur qazanacaq”.

Ötən mövsüm 36 oyuna çıxan ekvadorlu müdafiəçi 1 qol və 1 assistlə yadda qalıb, həmçinin 7 sarı vərəqə alıb. Transfermarkt onun bazar dəyərini 30 milyon avro olaraq göstərir.

Daha əvvəl Estupinyana “Mançester Yunayted”in də maraq göstərdiyi bildirilirdi. “Brayton” isə onun mümkün gedişinə qarşılıq olaraq artıq “Brügge”dən Maksim de Köyperi transfer edib.

Избранный
41
15
90deqiqe.az

10Источники