RU

Şuşada Vaqif Poeziya Günləri keçirilir

Bakı. Trend:

İyunun 22-də Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi vəAzərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə Şuşada növbətidəfə Vaqif Poeziya Günləri təşkil olunub.

Trend xəbər verir ki,tədbirdə dövlət və hökumət qurumlarının nümayəndələri, tanınmış elmvə mədəniyyət xadimləri iştirak edirlər.

Xatırladaq ki, Vaqif Poeziya Günlərinin açılışı iyulun 14-dəMolla Pənah Vaqifin doğulduğu Qazax rayonunda olub. İyulun 15-dəGəncə şəhərində, iyulun 16-da isə Ağdam rayonunda davam edənPoeziya Günləri iyulun 23-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşaşəhərində yekunlaşacaq.

Poeziya Günləri çərçivəsində Şuşanın müxtəlif tarixi və mədəniməkanlarında – o cümlədən Heydər Əliyev Fondu tərəfindən bərpaolunan Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi, Natəvanın evi,Qarabağ oteli və Mehmandarovlar malikanəsində poeziya saatları,kitab sərgiləri və təqdimatları, musiqili kompozisiyalar, elmikonfrans, teatr tamaşaları və müxtəlif ədəbi-bədii proqramlartəşkil ediləcək.

Qeyd edək ki, Vaqif Poeziya Günlərinin təməli Ümummilli LiderHeydər Əliyevin təşəbbüsü ilə 1982-ci ildə Şuşada qoyulub. Məhzhəmin tarixdə Ulu Öndərin iştirakı ilə Molla Pənah Vaqifinməqbərəsi və Poeziya Evi təntənəli şəkildə açılıb və ÜmummilliLiderin tapşırığı ilə Vaqif Poeziya Günlərinin keçirilməsinə qərarverilib. 1991-ci ilə qədər hər il təşkil olunan bu poeziya bayramıənənəvi olaraq şairin vətəni Qazaxdan başlayır və Şuşanınəsrarəngiz Cıdır

düzündə başa çatırdı. Lakin 1990-cı illərdə Qarabağın işğalı iləbu ənənəyə ara verildi. 2020-ci ildə Ali Baş Komandan İlhamƏliyevin rəhbərliyi ilə əldə edilən tarixi Qələbə bu ənənənin dəyenidən doğuluşuna şərait yaratdı. 2021-ci ildən etibarən ŞuşadaVaqif Poeziya Günləri bərpa olunaraq daha böyük ruhla keçirilməyəbaşlandı. Bu isə təkcə ədəbiyyat bayramı deyil, həm də milli qürur,azadlıq və torpaqlarımıza sahib çıxma əzminin təntənəsidir.

Избранный
252
22
az.trend.az

10Источники