Dövlət Proqramı çərçivəsində ehtiyac olan dərman preparatları və tibbi ləvazimatların alınması üçün 4 902 441 AZN ayrılıb.
Pravda.az-ın xəbərinə görə, satışı “Avromed Company” QSC həyata keçirəcək.
Səhiyyə Nazirliyinin tabeliyində olan “Səhiyyə Müəssisələrinin Təminatı Mərkəzi” publik hüquqi şəxsi və QSC arasında müqavilə bağlanıb.
Qeyd: Şirkətin deputat Cavanşir Feyziyevə məxsus olduğu bildirilir.
Cabir
Tarix: 24 İyul 2025, 08:10