Tailand və Kamboca əsgərləri arasında sərhəd toqquşması baş verib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, toqquşmalarda iki nəfər həlak olub, Tailand isə Kamboca ordusuna müqavimət göstərmək üçün F-16 döyüş təyyarəsini yerləşdirib.
Tailand 86 kənddən 40 minə yaxın mülki vətəndaşın təhlükəsiz ərazilərə köçürüldüyünü açıqlayıb. İndiyədək iki mülki vətəndaşın həyatına son qoyan qarşıdurmalarda gərginliyin artacağı gözlənilir.