RU

Böyük Qayıdış zəhmət aşılayır

Bakı, 24 iyul, AZƏRTAC

Şanlı Zəfər nəticəsində işğaldan azad edilmiş ərazilərdə Böyük Qayıdışın genişmiqyaslı şəkildə aparıldığı rayonlardan biri məhz Laçındır. Qırx dörd günlük Vətən müharibəsində əldə edilən tarixi Qələbədən sonra görülən sürətli bərpa-quruculuq işləri Laçının gözəlliyinə gözəllik qatıb. Azad Laçın doğma sakinləri ilə birlikdə xoş günlərini yaşayır. Laçında yaradılan yeni iş imkanları – kənd təsərrüfatı, xidmət sahələri, turizm və tikinti sektoru əhalinin sosial rifahını gücləndirir.

AZƏRTAC Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən “Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində hazırlanan Laçın şəhərinin görüntülərini təqdim edir.

Избранный
221
21
azertag.az

10Источники