Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Rusiya Federasiyasının Amur bölgəsində baş vermiş təyyarə qəzası nəticəsində insanların həlak olması ilə bağlı dərin kədər hissi ilə başsağlığı verib.
Nazirliyin açıqlamasında deyilir: “Rusiya Federasiyasının Amur bölgəsində baş vermiş təyyarə qəzası nəticəsində insan tələfatı xəbərindən dərin kədərləndik. Həlak olanların ailələrinə, yaxınlarına və dostlarına səmimi başsağlığı veririk.”