Avtosfer saytından verilən məlumata görə, ain.az xəbər verir.
Paytaxtın Kövkəb Səfərəliyeva və Dilarə Əliyeva küçələrinin kəsişməsində qayda pozan sürücü görüntülənib.
Bu barədə izləyicilərdən biri Avtosfer.az-ın “İnstagram” ünvanına videomaterial göndərib. Hadisə iyulun 18-də saat 07:00 radələrində qeydə alınıb. Belə ki, hərəkətdə olan 77-AB-718 dövlət nömrə nişanlı “Changan” markalı avtomobilin sürücüsü manevr qaydasını pozub. O, hərəkətdə olan maşına əhəmiyyət vermədən sağ zolağa keçib və görüntünü qeydə alan sürücünü sıxışdıraraq təhlükə yaradıb. İzləyicinin sözlərinə görə, qayda pozan qadın sürücü maşınının buferinə maddi ziyan vurub və nalayiq ifadələr işlədərək ərazidən uzaqlaşıb.
Nərmin
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.