Məlum olduğu kimi, “Sabah” bu gün Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununda Moldovada “Petrokub”un qonağı olacaq.
Kollektivdə zədəli futbolçuların olub-olmadığını və tribunalarda nə qədər azərbaycanlı azarkeşin əyləşəcəyi haqda bilgi almaq məqsədilə “bayquşlar”ın mətbuat xidmətinin rəhbəri Elnur Həmidova müraciət etdik. Klub rəsmisi “Football-plus.az”a açıqlamasında bütün futbolçuların sırada olduğunu və komandanı 200 tərəfdarın dəstəkləyəcəyini bildirdi.
Xatırladaq ki, Kişinyovda yerləşən “Zimbru” stadionunda keçiriləcək oyun saat 21.00-da başlayacaq.
KƏNAN BAHADIR
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта