AZ

“Sabah”ı 200 azarkeş dəstəkləyəcək – “bayquşlar”ın heyətində zədəli varmı?

Məlum olduğu kimi, “Sabah” bu gün Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununda Moldovada “Petrokub”un qonağı olacaq.

Kollektivdə zədəli futbolçuların olub-olmadığını və tribunalarda nə qədər azərbaycanlı azarkeşin əyləşəcəyi haqda bilgi almaq məqsədilə “bayquşlar”ın mətbuat xidmətinin rəhbəri Elnur Həmidova müraciət etdik. Klub rəsmisi “Football-plus.az”a açıqlamasında bütün futbolçuların sırada olduğunu və komandanı 200 tərəfdarın dəstəkləyəcəyini bildirdi.

Xatırladaq ki, Kişinyovda yerləşən “Zimbru” stadionunda keçiriləcək oyun saat 21.00-da başlayacaq.

KƏNAN BAHADIR

Seçilən
86
football-plus.az

1Mənbələr