RU

Azərbaycanda tanınmış aktyor dərmanlarını almaq üçün corab satır

Baku.ws saytına istinadən ain.az xəbər verir.

Aktyor Allahverdi Yolçuyev şəhərin mərkəzi küçələrində insanlara, mağazalara corab satır.

BAKU.WS xəbər verir ki, bunu tanınmış aktyor "Astar" yutub layihəsində deyib.

O, dərmanlarını almaq üçün bu işlə məşğul olduğunu bildirib:

"Mən öyrəşməmişəm ki, evdəkilərdən pul istəyim. Qızlarımın həyat yoldaşları bilmir corab satıram, məni qoymazlar. 

Corab alanlar olur. İki manata alıram, 4-5 manata satıram. Günə 10-15 manat qazanc olur. Xalqımıza qurban olum, məni çox istəyirlər".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
90
1
baku.ws

2Источники