RU

“Aston Villa”nın hücumçusu “Mançester Yunayted”ə keçə bilər

İngiltərənin “Aston Villa” klubunun hücumçusu Olli Uotkins bu yay Premyer Liqanın digər təmsilçisi “Mançester Yunayted”ə keçə bilər.

Bakues.az “Sky Sports”a istinadən xəbər verir ki, tərəflər 29 yaşlı ingiltərəli futbolçunun transferi ilə bağlı danışıqlara başlayıb.

Onun “Aston Villa” ilə müqaviləsinin müddəti 2028-ci ilə qədərdir. “Transfermarkt” oyunçunun dəyərini 40 milyon avro qiymətləndirir.

Qeyd edək ki, 2024/2025 mövsümündə O.Uotkins bütün turnirlərdə meydana çıxdığı 54 oyunda 17 qola, 14 məhsuldar ötürməyə imza atıb.

Избранный
56
2
icma.az

3Источники