RU

Somalinin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri ADNSU-da olub

Bakı, 25 iyul, AZƏRTAC

İyulun 25-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Somali Federativ Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Abdisalam Abdi Alinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Bu barədə AZƏRTAC-a ADNSU-dan məlumat verilib.

ADNSU-nun rektoru dosent Rüfət Əzizov universitetin 105 illik tarixi, tədris prosesi, maddi-texniki bazası və beynəlxalq əməkdaşlıqları barədə ətraflı məlumat verib, həmçinin bu ali təhsil müəssisəsinin fəaliyyəti ilə bağlı təqdimatla çıxış edib.

Görüş zamanı Somalidəki ali təhsil müəssisələri ilə əməkdaşlıq imkanları və Azərbaycan universitetləri ilə tərəfdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub. Qonaqlar əməkdaşlığın inkişafında maraqlı olduqlarını və bu istiqamətdə təşəbbüsləri dəstəkləməyə hazır olduqlarını bildiriblər.

Nümayəndə heyəti ADNSU-nun Tarix və Mineralogiya muzeylərini, həmçinin laboratoriyalarını gəzərək universitetlə daha yaxından tanış olub.

Избранный
63
7
azertag.az

8Источники