Sabirabadda suvarma kanalında batan şəxsin kimliyi məlum olub.
Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, onun Qaragüney kənd sakini, 2005-ci il təvəllüdlü Səfərağa Musayev olduğu bildirilir.
Axtarışa Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunublar.
*** 15:04
Sabirabad rayonu, Qaragüney kəndində bir nəfər suvarma kanalında batıb.
Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Məlumatla əlaqədar nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.
Əlavə məlumat veriləcək.