RU

Putinə güvənməyənlərin sayı açıqlandı

Rusiyalıların əksəriyyəti - 81%-i dövlət başçısı Vladimir Putinin işini müsbət qiymətləndirir, respondentlərin 79%-i Rusiya liderinə güvənir.

Publika.az xəbər verir ki, bu barədə məlumat "FOMnibus" sorğu mərkəzinin hesabatında qeyd olunub.

Respondentlərin 81%-i qeyd edib ki, Putin prezident kimi daha yaxşı işləyir. 8% isə əks fikir bildirib.

Putinə etimad səviyyəsinə gəlincə, rusların 79%-i Rusiya prezidentinə daha çox güvəndiyini bildirib. Respondentlərin 12%-i dövlət başçısına etimad göstərmədiyini bildirib.

Qeyd edək ki, "FOMnibus" həftəlik sorğusu iyulun 18-dən 20-dək Rusiyanın 51 subyektinin 97 yaşayış məntəqəsindən 1,5 min yetkin respondent arasında aparılıb.

Избранный
54
publika.az

1Источники