Xankəndi şəhər stadionunun əsaslı təmiri və yenidən qurulması üzrə işlərə başlanılır.
Sportinfo.az bu barədə Gənclər və İdman Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, nazirlik artıq bununla bağlı “Planet Construction” şirkəti ilə müqavilə bağlayıb.
Müqaviləyə əsasən, Xankəndi şəhər stadionunun əsaslı təmiri və yenidən qurulması üzrə işlərin icrasına 9 milyon 918 min 674 manat vəsait sərf olunacaq. (iqtisadiyyat.az)