RU

Göygöldə avtomobil ağaca çırpılıb, sürücü xəsarət alıb

Göygöl rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, qəza Göygöl–Toğanalı–Kəlbəcər avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan minik avtomobili idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb.

Hadisə nəticəsində 2003-cü il təvəllüdlü N. Bayramov müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Избранный
42
7
apa.az

9Источники