RU

ABŞ Suriyada əməliyyat keçirdi:

ABŞ qüvvələri Suriyanın şimalında keçirdiyi reyd zamanı İŞİD-in liderlərindən birini öldürüb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə ABŞ-ın Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

 

Məlumata görə, əməliyyat Suriyanın şimalındakı Əl-Bab şəhəri ərazisində həyata keçirilib. Qeyd olunur ki, reyd zamanı “İŞİD-in yüksək rütbəli lideri”, həmçinin qruplaşma ilə əlaqəli olan iki oğlu öldürülüb.

 

Qeyd olunub ki, onların hər üçü ABŞ, koalisiya qüvvələri və Suriyanın yeni hökuməti üçün təhlükə yaradırdı.

 

CENTCOM-un komandiri Maykl Kurilla açıqlamasında deyib: “Biz harada fəaliyyət göstərmələrindən asılı olmayaraq, İŞİD terrorçularını amansızlıqla təqib etməyə davam edəcəyik".

Избранный
102
5
senzor.az

10Источники