RU

Soydaşlarımız erməni hərbçiləri vəhşi əməllərə görə ittiham ediblər

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, kimi çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası iyulun 25-də davam etdirilib.

Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında zərərçəkmiş şəxs İlqar Əhmədov ifadəsində 2022-ci ildə Cəbrayıl rayonunun Mehdili kəndində minaya düşərək xəsarət aldığını bildirib. Mürsəl Oruclu ifadəsində 2016-cı ildə baş vermiş Aprel döyüşləri zamanı Haramı düzündə yaralandığını deyib.

Zahir Zeynalov ifadəsində 2016-cı il aprelin 2-də hərbçi kimi xidmətdə olarkən Goranboyun Tapqaraqoyunlu kəndində Ermənistan silahlı qüvvələrinin atdığı mərminin partlaması nəticəsində xəsarət aldığını söyləyib. Yaqub Məmmədov ifadəsində 1993-cü il martın 23-də Zəngilan şəhərində elektrik xətlərini düzəldən zaman Ermənistan silahlı qüvvələrinin atəşi nəticəsində yaralandığını bildirib.

Niyazi Abbasov ifadəsində 2016-cı ildə Aprel döyüşləri zamanı qarşı tərəfdən atılmış mərminin partlaması nəticəsində müxtəlif bədən xəsarətləri aldığını söyləyib. Zərərçəkmiş Ələddin Xəlilovun hüquqi varisi Əlizaman Xəlilov ifadəsində oğlunun 44 günlük Vətən müharibəsi zamanı oktyabr ayında Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində şəhid olduğunu bildirib.

David Məmmədov 2020-ci il iyulun 12-də Tovuzda Ermənistan silahlı qüvvələrinin açdığı atəş nəticəsində müxtəlif bədən xəsarətləri aldığını söyləyib. Vüqar Əfəndiyev 1991-ci il noyabrın 23-də Qazax rayonunda hərbi xidmətdə olarkən əsir götürülərək Ermənistanın İcevan rayonuna aparıldığını bildirib.

Şamil Abdullayev bildirib ki, 1992-ci ilin iyul ayında Ağdərədə əsir götürülüb, 1993-cü ilin noyabr ayında azad olunub. Əsirlikdə olduğu vaxt işgəncələrə məruz qalıb və döyülüb. Elvin Əkbərov ifadəsində 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi zamanı oktyabrın 6-da Cəbrayıl rayonunda qəlpə yaraları aldığını bildirib.

Zərərçəkmiş şəxs Vəliəhəd Vəliyev bildirib ki, 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi zamanı oktyabrın 22-də Zəngilanda güllə və qəlpə yaraları alaraq Ermənistan silahlı qüvvələri tərəfindən əsir götürülüb. O, həmin vaxt hərbçi yoldaşlarının şəhid olduğunu söyləyib. Rövşən Hüseynov ifadəsində 1998-ci il iyunun 21-də Gədəbəy rayonunda hərbi xidmətdə olarkən Ermənistan silahlı qüvvələri tərəfindən əsir götürüldüyünü bildirib.

Nahid Zeynalov, Rəşmi Hümmətov, Ariz Qəhrəmanov, Əfqan Kamilov, Yunis Abdıyev, Fərhad Tağıyev, Sübhan Əlirzayev, Samir Əliyev, Hicran Sultanov, Həsən Qurbanov 2023-cü ilin sentyabr ayında Azərbaycan Ordusunun keçirdiyi antiterror əməliyyatı zamanı Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni erməni silahlı dəstələrinin açdığı atəşlər nəticəsində yaralandıqlarını qeyd ediblər.

Nəriman İbrahimov 2022-ci ildə Kəlbəcərdə, Nurlan Musayev 2022-ci ildə Laçında Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni erməni silahlı dəstələrinin açdığı atəş nəticəsində yaralandığını bildirib. Dövran Dadaşov, Tərlan Mahmudov və Anar Mahmudov ifadələrində 2020-ci ildə Vətən müharibəsində döyüşlər zamanı yaralandıqlarını bildiriblər.

Şirvan Məmmədov 1992-ci il mayın 14-də Zəngilanın Vejnəli kəndində girov götürüldüyünü bildirib. Rauf Qafarov ifadəsində 1994-cü ilin aprel ayında Füzuli rayonunda əsir götürüldüyünü, 1996-cı il mayın 10-da Azərbaycan tərəfə təhvil verildiyini bildirib. Döyülüb, işgəncələrə məruz qalıb. Ramiz Musayev ifadəsində 1992-ci il mayın 18-də Laçın rayonunda girov götürüldüyünü, işgəncələrə məruz qaldığını, ayrı-ayrı əzalarının siqaretlərlə yandırıldığını söyləyib.

Ələkbər Ələkbərov ifadəsində bildirib ki, 1993-cü il avqustun 27-də Qubadlıda girov götürülərək Ermənistana aparılıb. Əsirlikdə olduğu vaxt daim döyülüb, qeyri-qanuni şəkildə əməyə cəlb olunub. Abuzər Mənafov bildirib ki, 1994-cü il yanvarın 9-da Füzulinin Kürdmahmudlu kəndində yaralanıb və əsir götürülüb. Döyülüb, işgəncələrə məruz qalıb, işgəncə məqsədilə barmağı kəsilib.

Ayrı-ayrı vaxtlarda Ermənistan silahlı qüvvələri tərəfindən əsir götürülmüş Əbdüləzim Məmmədov (65 gün), Adil Dəmirov (9 ay), Mehman Mirzəyev (2 il), Arif Əlləzov (4 ay), Afər Mustafayev (1 il 4 ay) ifadələrində işgəncələrə məruz qaldıqlarını, döyüldüklərini bildiriblər. Digər zərərçəkmişlər - Rövşən Salahov, Ələmşah Həsənov, Zöhrab Heydərov da ayrı-ayrı tarixlərdə əsirlikdə olub.

Vaqif Zülfüqarov Füzuli, Nazim Seyidov və Anar Səfərov Ağdam, Baxşeyiş Ağayev və Ədalət Ağalarov Laçın rayonundan məcburi köçkün düşdüklərini, mülklərinin həmin vaxt Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən ərazilərdə qaldıqlarını bildiriblər. Laçının Oğuldərə kəndindən olan B.Ağayev bildirib ki, rayon işğal olunan zamanı qohumu, 80 yaşlı Pəri İlyasova yolda donaraq ölüb, daha bir neçə doğması isə indiyədək itkindir.

Məhkəmə prosesi iyulun 28-də davam etdiriləcək.

XQ

Избранный
75
5
xalqqazeti.az

10Источники