RU

“Humanizm” düşərgəsində yol hərəkəti təhlükəsizliyi ilə bağlı görüş

Azərbaycan Gənclər Fondu və “Cavan Gənclər Hərəkatı” İctimai Birliyinin “YayFest” çərçivəsində Şamaxı rayonunda təşkil etdiyi “Humanizm” düşərgəsində yol hərəkəti təhlükəsizliyinə həsr olunmuş görüş keçirilib.

Panel müzakirəyə dəvət olunan DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşı Mübariz Ağayev moped, eləcə də skuter tipli kiçik elektrik nəqliyyat vasitələrindən istifadəyə dair tələblər, gənclərin yol hərəkəti zamanı üzləşdikləri risklərin azaldılması və bu sahədə həyata keçirilən maarifləndirmə, təbliğat-təşviqat işləri barədə iştirakçılara geniş məlumat verib.

Müzakirələrdə yol hərəkəti təhlükəsizliyinin təbliğində gənclərin mühüm rol oynaması xüsusi vurğulanıb.

Diskussiya şəraitində keçən görüşdə iştirakçıların sualları cavablandırılıb, təkliflər dinlənilib.

P.ƏMİRCANOV
XQ

Избранный
7
2
xalqqazeti.az

3Источники