RU

Günəbaxan tumunun faydaları təəccübləndirdi: Fındıq və badamdan da faydalıdır

Fındıq və badamın sağlamlıq üçün faydalı olduğu geniş şəkildə bilinsə də, mütəxəssislər bildirirlər ki, bəzi hallarda günəbaxan toxumu bu qidalardan daha üstün ola bilər.

E-saglam.az xəbər verir ki, uşaqlıqdan bəri sevilə-sevilə istehlak edilən bu ənənəvi qəlyanaltı təkcə dadı ilə deyil, zəngin qida dəyəri ilə də diqqət çəkir.

Vitamin və minerallarla zəngin mənbə

Günəbaxan tumu E vitamini ilə ən zəngin bitki mənbələrindən biridir. Güclü antioksidant təsiri ilə hüceyrələri qoruyur, oksidləşdirici stresin və erkən qocalmanın qarşısını alır. Eyni zamanda B qrup vitaminləri ilə sinir sistemi, dəri sağlamlığı və maddələr mübadiləsini dəstəkləyir.

Tərkibində maqnezium, sink, selen və mis kimi vacib minerallar da var. Bu maddələr ürək və əzələ funksiyalarına, immun sisteminə və tiroid fəaliyyətinə müsbət təsir göstərir. Liflə zəngin olması bağırsaq fəaliyyətini yaxşılaşdırır və həzmi asanlaşdırır.

Xolesterol balansını tənzimləyir

Günəbaxan tumunda olan çoxlu doymamış yağ turşuları, xüsusilə linoleik turşusu, damar sağlamlığını qorumaqla yanaşı, pis xolesterolun (LDL) səviyyəsini aşağı salmağa kömək edir. Həmçinin tərkibindəki fitosterollar sayəsində bədəndə xolesterolun sorulmasını azaldaraq lipid balansını dəstəkləyir.

Pəhrizlər üçün də uyğundur

Yüksək lif və zülal tərkibi sayəsində günəbaxan tumu uzunmüddətli toxluq hissi yaradır və şirin, işlənmiş qəlyanaltılara alternativ olaraq pəhriz saxlayanlar üçün uyğun seçimdir.

Necə və nə qədər istehlak edilməlidir?

Mütəxəssislər duzsuz və aşağı temperaturda qovrulmuş günəbaxan tumlarını seçməyi tövsiyə edir. Gündə 30 qramdan çox olmamaq şərti ilə qəbul edildikdə, bu miqdar təxminən 170-180 kalori təşkil edir və balanslı qidalanmanın bir hissəsi ola bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az 

Избранный
32
e-saglam.az

1Источники