RU

İyulun 27-nə olan hava proqnozu açıqlandı

Azərbaycanda iyulun 27-nə gözlənilən hava şəraiti açıqlanıb.

Doğru.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən yayılan məlumata görə, Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək, mülayim cənub-qərb küləyi əsəcək.

Paytaxtda gecə temperaturu 23–26°, gündüz isə 32–36° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 755 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 65–75%, gündüz 40–50% təşkil edəcək.

Bölgələrdə də hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, hətta dolu düşəcəyi istisna edilmir. Mülayim şərq küləyi əsəcək, bəzi yerlərdə küləyin sürəti arabir güclənəcək.

Havanın temperaturunun gecə 23–27°, gündüz 35–39° isti, dağlıq ərazilərdə isə gecə 10–15°, gündüz 21–26° isti olacağı gözlənilir.

DOĞRU.AZ

Избранный
110
49
dogru.az

10Источники