Xəbər verdiyimiz kimi, Xalq artisti Arif Babayevin səhhətində problem yaranıb və hazırda xəstəxanada həkim nəzarətindədir.
Publika.az xəbər verir ki, xanəndənin oğlu Yaşar Babayev onun son durumu ilə bağlı Axşam.az-a açıqlama verib. O bildirib ki, atası hələ də reanimasiyadadır:
"Durumu stabildir. Bir az yaxşılaşıb. İnşallah, bundan sonra daha da yaxşılaşar. Təzyiq aşağıdır. Səhhətində bir çox problem var".