Fələstin məsələsi üzrə gələn həftə keçiriləcək yüksəksəviyyəli konfrans davamlı sülhün təmin olunması istiqamətində mühüm addım olacaq.
Trend-in məlumatına görə, bunu BMT-nin Baş katibi Antonio Quterreş bəyan edib.
O, konfransın təşkilində göstərdikləri liderlik və dəstəyə görə həmsədrlər – Fransa və Səudiyyə Ərəbistanını alqışladığını bildirib.
Qeyd edək ki, yüksək səviyyəli konfrans iyulun 28–29-da Nyu-Yorkda, BMT-nin mənzil-qərargahında keçiriləcək. Tədbirdə Fələstinin Baş naziri Mohammad Mustafa da iştirak edəcək.