Goranboyda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Yenisabah.az "Unikal"a istinadla xəbər verir ki, hadisə Goranboy-Tərtər avtomobil yolunun rayonun Yeniyol kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Gəncə şəhər sakini, 1972-ci il təvəllüdlü Ə.Mərdanovun idarə etdiyi "Mercedes" markalı avtomobil hərəkətdə olarkən yolu keçmək istəyən piyada - Yeniyol kənd sakini, 1955-ci il təvəllüdlü N.Aslanovu vurub. pizza mizza
Piyada müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Telegram kanalımız