Goranboyda piydanın vurulması ilə nəticələnən yol qəzası baş verib. Avtosfer.az-ın "Unikal"a istinadən məlumatına görə, hadisə Goranboy-Tərtər avtomobil yolunun rayonun Yeniyol kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, Gəncə şəhər sakini, 1972-ci il təvəllüdlü Ə.Mərdanov idarə etdiyi "Mercedes" markalı avtomobillə hərəkətdə olan zaman yolu keçmək istəyən piyada Yeniyol kənd sakini, 1955 -ci il təvəllüdlü N.Aslanovu vurub. Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта