Bakı. Trend:
İyulun 22-də İstanbulda işə başlayan “IDEF 2025” BeynəlxalqMüdafiə Sənayesi Sərgisi başa çatıb.
Trend xəbər verirki, sərgidə dünyanın 103 ölkəsindən 231 heyətlə müdafiə nazirləri,baş qərargah rəisləri, qoşun komandanları başda olmaqla, ümumilikdəminə yaxın beynəlxalq nümayəndə iştirak edib.
Sərgidə Azərbaycan müdafiə sənayesi naziri Vüqar Mustafayevinrəhbərlik etdiyi nümayəndə heyəti tərəfindən təmsil edilib.
“IDEF 2025”-də Müdafiə Sənayesi Nazirliyinin (MSN) tabeliyindəolan “Azərsilah Müdafiə Sənayesi Holdinqi" Qapalı Səhmdar Cəmiyyətitərəfindən quraşdırılmış stenddə MSN-in və Müdafiə Nazirliyininrəsmi nümayəndə heyətləri, həmçinin “MİRAS”, “Q-STP”, “Synapline”,“USH Group”, “RD Smart” və “İmprotex” şirkətləri öz məhsulları ilətəmsil olunub.
Sərgidə MSN-in müəssisələrində istehsal edilən müxtəlif növatıcı silahlar, yaxın məsafəli döyüş vasitələri, minaatanlar,müxtəlif çaplı döyüş sursatları, pilotsuz uçuş aparatları və s.daxil olmaqla 131 adda müdafiə təyinatlı məmulat nümayiş etdirilib.“IDEF 2025”-də ilk dəfə olaraq MSN-ə məxsus modernizasiya olunmuş7,62x54 mm-lik snayper tüfəngi, 2 növ 12,7x108 mm-lik iriçaplıpiyada pulemyotu və 14,5x114 mm-lik iriçaplı pulemyotsərgilənib.
Tədbirdə Türkiyə müdafiə sənayesinin aparıcı şirkətlərinin birsıra məhsulları ilk dəfə ictimaiyyətə təqdim edilib. Bunlarınarasında yeni nəsil müxtəlif təyinatlı raketlər, “EREN”yüksəksürətli çoxməqsədli dövrə vuran sursat, “300 ER” ballistikraket sistemi, “Şimşek-2” peyk buraxılış qurğusu, yeni nəsilanti-PUA sistemi “EJDERHA”, “ASELFLIR 600” elektro-optik kəşfiyyat,müşahidə və hədəfi izləmə sistemi, yüksək dəqiqliklə hədəfaşkarlama radarı, “GÖKSUR VLS” hava hücumundan müdafiə sistemi kimibir çox texnologiya, eləcə də Türkiyənin ilk milli hücum katerininmodeli yer alıb.
Altı gün davam edən sərgini 120 mindən artıq qonaq ziyarətedib.