RU

ABŞ-da təyyarə okeana düşdü - 3 nəfər ÖLDÜ

ABŞ-ın Kaliforniya ştatında kiçik təyyarə Sakit okeana düşüb.

 News24.az  xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 3 nəfərin öldüyü bildirilir.

ABŞ Sahil Mühafizəsi verdiyi açıqlamada iki mühərrikli "Beechcraft"ın San Karlos hava limanından qalxdıqdan sonra Monterey sahillərində okeana çırpıldığını bildirib.

Açıqlamada qeyd olunub ki, qəzadan sonra başladılan axtarış-xilasetmə işləri zamanı 3 nəfərin cəsədi dalğıc qrupu tərəfindən çıxarılıb. ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurası qəza ilə bağlı araşdırmaya başladığını açıqlayıb.


Избранный
39
3
news24.az

5Источники