Bakı.trend:
Daxili İşlər Nazirliyinin keçirdiyi əməliyyat zamanı 24 kqnarkotik vasitə aşkarlanıb.
Trend xəbərverir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, Binəqədi rayonunda keçirilən növbəti əməliyyatzamanı narkoşəbəkənin daha iki üzvü - 47 yaşlı Elnur Hacıyev və 29yaşlı Əkbər Kərimov saxlanılıblar.
Bildirilib ki, onlara məxsus avtomobil və gizli saxlanc yerindən24 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuanaaşkarlanıb.
Şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı ilə cinayətəlaqəsinə girdiklərini etiraf edən E.Hacıyev və Ə.Kərimov narkotikvasitələri Yardımlı və Binəqədi rayonları ərazisindən götürüb maddigəlir qazanmaq üçün satışını təşkil etməyi planlaşdırıblar.
Faktla bağlı cinayət işi başlanılıb, hər iki şəxs barəsindəməhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Əməliyyatlardavam etdirilir.