RU

Pekində güclü yağışlar səbəbilə 30 nəfər həlak olub

ain.az, Apa.az saytına istinadən bildirir.

Çinin paytaxtı Pekində leysan yağışlar və daşqınlar 30 nəfərin həyatına son qoyub, hakimiyyət orqanları isə 80 mindən çox sakini təxliyə edib.

APA xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Məlumata görə, ölənlərdən 28-i şəhərin şimal hissəsində yerləşən Miyun rayonunun sakinləridir.

Güclü yağışların təsirinə məruz qalan ərazidə magistral yollar və elektrik xətləri sıradan çıxıb.

Pekində son bir neçə gündə düşmüş yağıntının orta miqdarı təxminən 166 mm-dir. Şəhərin bəzi ərazilərində bu rəqəm 544 mm-ə çatıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
87
3
apa.az

10Источники