RU

Kreml: Münaqişənin sülh yolu ilə həllinə fokuslanmışıq

Kreml ABŞ prezidenti Donald Trampın Rusiyaya verdiyi möhlətin 10-12 günə endirilməsi ilə bağlı bəyanatına reaksiya verib.

APA xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov rəsmi Moskvanın öz maraqlarını nəzərə almaqla, münaqişənin sülh yolu ilə həll edilməsinə fokuslandığını bildirib.

Peskov Rusiya və ABŞ prezidentlərinin mümkün görüşü barədə xəbərləri şərh edərkən hazırda belə bir məsələnin müzakirə olunmadığını bəyan edib.

Избранный
16
4
apa.az

10Источники