RU

Bakı-Ələt yolunda sürət həddi endirilir

BAKI, 29 iyul.TELEQRAF

Yol hərəkəti iştirakçılarının təhlükəsizliyini artırmaq məqsədilə M2 Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun müəyyən hissəsində yeni sürət məhdudiyyəti tətbiq olunacaq.

Yerüstü Nəqliyyat Agentliyindən ( AYNA) Teleqraf-a verilən məlumata görə iyulun 30-dan etibarən Lökbatan dairəsindən başlayaraq Ələt qəsəbəsində yerləşən “Azpetrol” yanacaqdoldurma məntəqəsinədək olan 50 kilometrlik hissədə maksimum sürət həddi 110 km/saat-dan 90 km/saat-a endiriləcək.

Bundan əlavə, həmin yol sahəsində yerləşən eynisəviyyəli nizamlanmayan piyada keçidlərinin olduğu ərazilərdə sürət həddi 70 km/saat-a qədər azaldılacaq.

Hazırda qeyd olunan marşrut üzrə yeni sürət hədlərini göstərən müvafiq yol nişanlarının quraşdırılması işləri aparılır.

Избранный
5
38
teleqraf.com

10Источники