Bütün Rusiya Federasiyası üçün miqrantların taksi sürücüsü kimi işləməsinə qadağa qoyulması təklif edilib. Bu təşəbbüsü Dövlət Dumasının Regional siyasət və yerli idarəetmə komitəsinin sədr müavini Mixail Matveyev irəli sürüb. Hafta.az xəbər verir ki, onun sözlərini Abzats xəbər verir.
"İctimai nəqliyyatın, o cümlədən taksilərin işinə çox məsuliyyətlə yanaşmaq lazımdır. Belə qadağanın Rusiyanın bütün ərazisinə yayılmasına ehtiyac var. İlk növbədə, təhlükəsizlik naminə", - deputat bildirib.
Matveyevin sözlərinə görə, qadağa Rusiya pasportu almış miqrantlara təsir etməyəcək. “Bundan başqa, Qırğızıstan, Qazaxıstan və Ermənistan vətəndaşları bu ölkələrlə Avrasiya İqtisadi İttifaqı haqqında müqavilə bağlandığı üçün taksi sürücüsü kimi işləyə biləcəklər”, - o qeyd edib.
Bundan əvvəl Sankt-Peterburq qubernatoru Aleksandr Beqlov miqrantlara taksi sürücüsü kimi işləməyi qadağan etmişdi. Onların işləri üç ay ərzində ruslara verilməlidir.
Qeyd edək ki, Rusiyada taksi sürücüsü içləyən çoxsaylı azərbaycanlıların da olduğu bildirilir.
Ləman