RU

Ölkə ərazisində isti hava şəraiti davam edəcək

Həftə sonunadək ölkə ərazisində isti hava şəraitinin davam edəcək.

Bu barədə "Report"a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Havanın maksimal temperaturunun Bakıda və Abşeron yarımadasında 35-39, avqustun 2-3-də 40 dərəcəyə yaxın, dağlıq rayonlarda 29-34, Mərkəzi aran, eyni zamanda Naxçıvan MR-da isə 35-40, bəzi yerlərdə 41 dərəcəyədək isti olacağı gözlənilir.

Abşeron yarımadasında, o cümlədən Sahilyanı ərazilərdə cənub-şərq küləklərinin üstünlüyü gözlənilir ki, bu da havada nisbi rütubətin yüksəlməsinə və durğun hava şəraitinin olmasına səbəb olacaq.

Избранный
20
49
report.az

10Источники