RU

Azərbaycanın gənc boksçuları Almaniyada beynəlxalq turnirdə iştirak edəcək

Azərbaycanın gənc boksçuları (U-19) Almaniyada beynəlxalq turnirdə iştirak edəcək.

İyulun 30-da Almaniyanın Frankfurt şəhərində gənc boksçular (U-19) arasında “Brandenburq kuboku” start götürəcək. 4 gün davam edəcək beynəlxalq turnirə Azərbaycan millisi 4 idmançı ilə yollanıb.

Baş məşqçi Elbrus Rzayevlə məşqçi Yadigar Məmmədov Frankfurtda Bilalhəbaşi Nəzərov (50 kq), Zidan Hümbətov (55 kq), Sübhan Babayev (60 kq) və Məhəmməd Cəfərova (+90 kq) şans verəcək.

Azərbaycan Boks Federasiyasının baş katibi Nağı Səfərov da komanda ilə birgə “Brandenburq kuboku”na yollanıb. Yarışda ölkəmizi hakim kimi Anar Nağdıyev təmsil edəcək.

Избранный
40
4
report.az

8Источники