RU

Azərbaycan və Braziliya arasında əlaqələrin daha da genişləndirilməsi müzakirə edilib

Bakı. Trend:

Milli Məclisin sədri Sahibə Qafarova İsveçrə Konfederasiyasınaişgüzar səfəri çərçivəsində Cenevrə şəhərində Braziliya FederativRespublikası Deputatlar Palatasının sədri Huqo Motta iləgörüşüb.

Bu barədə Trend-ə Milli Məclisin Mətbuat və ictimaiyyətləəlaqələr şöbəsindən məlumat verilib.

Görüşdə qeyd olunub ki, ölkələrimiz arasında coğrafi uzaqlığabaxmayaraq, həm ikitərəfli, həm də çoxtərəfli əsasda əlaqələrindaha da genişləndirilməsi üçün imkanlar mövcuddur. 2023-cü ildəölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 30-cuildönümünün tamam olduğu qeyd edilərək, vurğulanıb ki, ölkələrimizarasında mövcud olan yüksək səviyyəli əlaqələr fonundaparlamentlərimiz arasında da yaxşı münasibətlər var.

Söhbət zamanı Parlament Sədrlərinin VI Dünya Konfransınınqanunverici orqanların ortaq maraqlarına dair fikir mübadiləsiaparmaq baxımından yaxşı imkan olduğu qeyd edilərək, belə mühümbeynəlxalq platformalar çərçivəsində əməkdaşlığın önəmi diqqətəçatdırılıb.

Hər iki ölkənin parlament dostluq qrupları arasında sıxtəmasların mövcud olmasından məmnunluq ifadə olunaraq, qeyd edilibki, bu təmaslar parlamentlər arasında əməkdaşlığın genişlənməsinəimkan verir. Keçirilən görüşlərin və siyasi dialoqun parlamentlərarasında əlaqələrin daha da dərinləşdirilməsinə xidmət etdiyivurğulanıb. Müasir dünyada mövcud olan çağırışlara qarşı birgəmübarizədə parlamentlərarası əməkdaşlığın vacibliyi bir daha qeydedilib.

Görüşdə COP30-un Braziliyada keçiriləcəyi xatırladılaraq, ötənil Azərbaycanın COP29-a uğurla evsahibliyi etdiyi vurğulanıb. Qeydolunub ki, bu mühüm qlobal tədbir çərçivəsində ölkəmizə səfər etmişBraziliya nümayəndə heyətinin üzvləri Azərbaycan xalqınınqonaqpərvərliyindən, bu tədbirin ən yüksək səviyyədə təşkilindənməmnunluqlarını bildiriblər.

COP29 çərçivəsində Milli Məclislə Parlamentlərarası İttifaqınbirgə təşkil etdiyi Parlament görüşünün uğurla baş tutduğu qeydedilərək, Braziliyada COP30 çərçivəsində keçiriləcək Parlamentkonfransının təşkili ilə bağlı təcrübə mübadiləsi və əməkdaşlıqimkanları barədə də danışılıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında dafikir mübadiləsi aparılıb.

Избранный
16
27
az.trend.az

10Источники