RU

Aeroflot iyulun 29 da Şeremetyevo hava limanında 53 reysi ləğv edib

Azxeber.com portalından verilən məlumata əsasən, ain.az bildirir.

"Aeroflot" iyulun 29-da Moskvanın "Şeremetyevo" hava limanından 22 reysi və paytaxta istiqamətlənən 31 reysi ləğv edib.

Bunu, hava limanının onlayn-lövhəsində göstərilən məlumatlar sübut edir.

Söhbət aviaşirkətin öz reysləri və törəmə aviaşirkəti "Rossiya" ilə birgə həyata keçirilən reyslərdən gedir.

"Bir gün əvvəl planlaşdırılmış günlük proqramın təxminən 80 faizi yerinə yetirilib”, - şirkət əlavə edib.

Cədvəldəki düzəlişlər, o cümlədən ləğvlər, əsasən Moskvadan və geriyə reysləri əhatə edib - proqramın regional hissəsi tam şəkildə yerinə yetirilib.

Əvvəlki gün "Aeroflot"un İT infrastrukturu geniş miqyaslı kiber hücuma məruz qalıb ki, bu da şirkətin reyslərinin kütləvi gecikməsinə və ləğvinə səbəb olub.

///report

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
24
3
azxeber.com

4Источники