RU

15 ölkə Fələstin dövlətini tanımaq üçün çağırış etdi

Andorra, Avstraliya, Kanada, Finlandiya, Fransa, İslandiya, İrlandiya, Lüksemburq, Malta, Yeni Zelandiya, Norveç, Portuqaliya, San-Marino, Sloveniya və İspaniyanın xarici işlər nazirləri İsrail-Fələstin münaqişəsi ilə bağlı “Nyu-York çağırışı” adlı birgə bəyanat yayıblar.

 

Senzor.az bildirir ki, həmin dövlətlər İsrail-Fələstin münaqişəsində iki dövlətli həll yoluna sadiq olduqlarını vurğulayaraq, Fələstin Dövlətini hələ də tanımayan və ya müsbət rəy bildirmiş dövlətləri buna çağırıblar.

 

Fələstin Dövlətinin tanınmasını iki dövlətli həllin həyata keçirilməsində fundamental addım kimi qiymətləndirən ölkələrin birgə bəyanatında deyilir: “İki dövlətli həll yolunda fundamental addım olaraq, Fələstin Dövlətini artıq tanımış və ya onu tanımağa hazır olduqlarını və ya müsbət qiymətləndirdiklərini bildirmiş ölkələr, hələ bu addımı atmamış bütün dövlətləri bu çağırışa qoşulmağa dəvət edirlər”.

 

Onu da qeyd edək ki, bəyanatda Fələstin Prezidenti Mahmud Abbasın iyunun 10-da iki dövlətli həllə dair konkret öhdəlikləri alqışlanıb.

Избранный
18
15
senzor.az

10Источники