RU

"Medvedev özünü hələ də prezident hesab edir" - Tramp

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev sözlərinə diqqət yetirməlidir. 

"Unikal" xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp bildirib.

ABŞ lideri "Truth" sosial şəbəkəsindəki son paylaşımlarının birində qeyd edib: "Hindistanın Rusiyaya nə edəcəyi məni maraqlandırmır. Onların hər ikisi öz ölmüş iqtisadiyyatlarını məhv edə bilər, bu, məni maraqlandırmır. Bizim Hindistanla çox az əməkdaşlığımız var, onların tarifləri həddən artıq yüksəkdir, demək olar ki, dünyada ən yüksəkdir. Həmçinin ABŞ-nin Rusiya ilə demək olar ki, ortaq işi yoxdur. Gəlin bunu olduğu kimi buraxaq və Rusiyanın uğursuz keçmiş prezidenti Medvedevə deyək ki, sözlərinə diqqət etsin. O, hələ də özünü prezident hesab edir". 

ABŞ prezidenti bununla Rusiya Təhlükəsizlik Şurasının sədr müavininin Trampın Moskvaya ultimatumlar təqdim etmək cəhdlərinin Ukrayna ilə münaqişənin kəskinləşməsinə deyil, ABŞ ilə birbaşa toqquşmasına gətirib çıxara biləcək təhdid olması barədə bəyanatına cavab verib.

Ağarza Elçinoğlu 

Избранный
111
50
unikal.az

10Источники